Rumıniya Deputatlar palatasının sədri, Sosial-Demokrat partiyasının sədri Liviu Draqnea bu ölkənin Ali məhkəməsinin qərarı ilə 3 il 6 ay müddətinə həbs edilib.
Liviu Draqnea Teleorman rayon şurasının sədri olarkən vəzifəsindən sui istifadə edərək uşaqların müdafiəsi idarəsinin xanım əməkdaşlarını Sosial-Demokrat partiyasının yerli təşkilatı üçün işləməyə cəlb edib.
Partiyanın yerli təşkilatına işləmələrinə baxmayaraq, onlar yeddi il ərzində əmək haqlarını uşaqların müdafiəsi idarəsinin əməkdaşları kimi alıblar.