XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 May 2019 - 20:50

Avropa Parlamentinə seçkilər:Britaniyada Brexit Partiyası qalib gəlib

Brexit prosesini nəticələndirə bilməyən Böyük Britaniya Avropa Parlamenti seçkilərində iştirak etmək məcburiyyətində qalıb.

Seçkilərdə Mühafizəkarlar, Leyboristlər, Liberal Demokratlar və cəmi bir neçə ay əvvəl yaradılan Brexit partiyaları iştirak edib. Nəticələrə görə, 31 faiz səs toplayan Brexit Partiyası qalib gəlib.

Liberal Demokratlar 20 faiz səs toplayaraq ikinci yerdə qərarlaşıb.

İqtidardakı Mühafizəkarlar Partiyasının səsləri isə 9,1 faizədək azalıb və beşinci yerə enib(azərtac).