Böyük Britaniyanın Daxili İşlər naziri Sacid Cavid hakim Mühafizəkarlar Partiyasının liderliyinə namizədliyini irəli sürüb.
Namizədliyini irəli sürdüyünü Tvitter vasitəsilə bildirən nazir yazıb: “İlk növbədə, Brexiti sona çatdırmalıyıq”.
Xatırladaq ki, Böyük Britaniyanın Baş Naziri Tereza Mey iyunun 7-də Mühafizəkarlar Partiyasının lideri postundan gedəcəyini elan edib. Bu, o deməkdir ki, Tereza Mey, eyni zamanda, ölkənin Baş Naziri vəzifəsindən də istefa verməlidir(azərtac).