XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

28 May 2019 - 18:37

İraqda daha iki Fransa vətəndaşı haqda edam qərarı çıxdı –Səbəb

İraqda məhkəmə terrorçu İŞİD qruplaşmasına üzvlükdə ittiham olunan Fransanın daha iki vətəndaşı barəsində edam hökmü çıxarıb.

Bunlar 33 yaşlı Brahim Nejaravə 32 yaşlı Mərakeş əsilli Karam El Harçaouidir. Hər ikisi Suriyada  saxlanlıb.

Daha 6 fransalının isə mühakimə olunmaq üçün yaxın günlərdə Suriyadan İraqa göndəriləcəyi gözlənilir.

Qeyd edək ki, İraq məhkəməsi bundan əvvəl 4 Fransa vətəndaşı – Kevin Gonot, Leonard Lopez, Salim Machou və Mustafa Merzoughidir. Onlar bir ay ərzində qərardan şikayət edə bilərlər.

Fransanın xarici işlər naziri Jan-İv Lö Drian Fransa vətəndaşları barəsində ölüm hökmünün ləğvi üçün əlindən gələni edəcəyini bildirib/Report.