XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

28 May 2019 - 21:22

İmamoğludan seçki açıqlaması:"Uduzsam, etiraz etməyəcəm"

“Əgər yenidən keçiriləcək seçkilərdə uduzsam və seçkinin ədalətli keçirildiyinə qane olsam, AKP-nin nəticələrə etiraz etmək yolunu seçməyəcəyəm”.

Bunu iyunun 23-də İstanbulda yenidən keçirilcək bələdiyyə seçkilərində CHP namizədi Əkrəm İmamoğlu BƏƏ-nin ”Əl-Arabia” televiziyasına açıqlamasında deyib.

O, seçkiləri boykot etmək yerinə, yenidən namizəd olması ilə bağlı suala cavab verib. İmamoğlu məsələni CHP sədri və sədr müavini ilə müzakirə etdiyini, lakin Türkiyə Prezidenti, AKP sədri Rəcəb Tayyib Ərdoğan və partiyasını sevindirməmək üçün sona qədər mübarizə aparmağa qərar verdiklərini söyləyib.

İmamoğlu bəzi rəqibləri ilə yanaşı, “Cümhur ittifaqı”ndan da dəstək alacağını deyib:

“Bəzi rəqiblərim məni dəstəklədi: AKP ilə MHP liderliyindəki “Cümhur ittifaqı”. Bu ittifaqdan bəzi partiyaların bilmədən məni dəstəklədiyini düşünürəm. “Cümhur ittifaqı”nın da dəstəyini alacağımı düşünürəm”.

Qeyd edək ki, iyunun 23-də İstanbulda bələdiyyə seçkiləri keçiriləcək/Axar.az.