XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 May 2019 - 21:58

Rusiyanın baş naziri:"Mübahisələr İrəvandakı görüşümüzdə baş verdi"

“Avrasiya İttifaqı çərçivəsində müəyyən məsələlərlə bağlı mübahisələr hər zaman yaşanır. Bu mübahisələr İrəvandakı görüşümüzdə də baş verdi”.

Bunu “Rossiya 24” televiziyasına müsahibəsində Rusiya Baş naziri Dmitri Medvedyev deyib.

O, Avrasiya İttifaqının Ermənistandakı iclasında tərəflərin ikitərəfli məsələlərlə bağlı çox uzun mübahisələr etdiyini bildirib.

Medvedyev gələcəkdə belə məsələlərlə bağlı mübahisələrin Avrasiya İttifaqı məhkəməsində həll ediləcəyinə ümid etdiyini söyləyib/Axar.az.