Mayın 31-də Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “Gələcəyə doğru birlikdə gedək” devizi altında XIV Zirvə Toplantısı keçiriləcək.
Zirvə toplantısı ilə bağlı mayın 27-də Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Əbdürrəhman ər-Rəssinin rəhbərliyi və İƏT-ə üzv dövlətlərin rəsmi nümayəndələrinin iştirakı ilə hazırlıq iclası olub.
Tədbirdə Zirvə Toplantısından qabaq keçiriləcək Xarici İşlər nazirlərinin hazırlıq iclasına təqdim olunacaq Yekun Bəyannamənin mətni müzakirə edilib, iclasın gündəliyinin layihəsi müəyyənləşib, müzakirəyə veriləcək sənədləri təsdiq olunub, büro üzvləri seçilib.
Qeyd edək ki, Xarici İşlər nazirlərinin hazırlıq iclası mayın 29-da Ciddədə baş tutacaq.
Xatırladaq ki, İƏT-in XIII sammiti 2016-cı il aprelin 14-15-də Türkiyənin İstanbul şəhərində keçirilib(azərtac).