XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 May 2019 - 23:26

Latviya yeni prezidentini seçəcək- Mayın 29-da

Mayın 29-da Latviya Seymi ölkənin yeni Prezidentini seçəcək.

Səhər saat 10-da başlayacaq iclasın gündəliyində bir məsələ – ölkə rəhbərinin seçilməsi olacaq. Bu posta üç namizəd var. İqtidar Avropa İttifaqının hakimlərindən biri olan Eqil Levitsin, Yaşıllar və Kəndlilər Birliyi ombudsman Yuris Yansonsun, müxalifət isə iş adamı Didzis Şmitsin namizədliyini irəli sürüb.

Səsvermə açıq şəkildə keçiriləcək. Prezident olmaq üçün azı 51 səs toplamaq lazımdır.

Keçirilmiş sorğular favoritin Eqil Levits olduğunu göstərir(azərtac).