XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

28 May 2019 - 23:44

Şotlandiyada müstəqillik referendumu keçirilə bilər- Təklif

Şotlandiyanın birinci naziri və Şotlandiya Milli Partiyasının lideri Nikola Stercen 2020-ci ilin ikinci yarısında müstəqillik referendumunun keçirilməsi ilə bağlı təklif irəli sürüb.

İrlandiyanın paytaxtı Dublində çıxış edən Stercen referendumun 2020-ci ildə keçirilməsinin doğru zaman olduğunu söyləyib. O, ikinci dəfə keçirilməli olan referendum nəticəsində Şotlandiyanın müstəqil bir ölkə olacağına inandığını bildirib.

Qeyd edək ki, 2014-cü ildə keçirilmiş referendumda şotlandiyalıların 55 faizi İngiltərədən ayrılmaqdan imtina etmişdi(azərtac).