XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 May 2019 - 00:14

Yunanıstan itkin düşən uşaqların sayına görə Avropada birinci yerdədir- Rəsmi açıqlama

Yunanıstanda, demək olar, hər gün bir uşaq itkin düşür.

Bunu Yunanıstanın Daxili İşlər Nazirliyinin rəsmisi Nikolaos Zervakakos itkin düşmüş uşaqlarla bağlı beynəlxalq günə həsr edilən konfransda bildirib.

O qeyd edib ki, 2018-ci ildə 299 uşaq itkin düşüb. Onlardan 123-ü oğlan, 176-sı qız olub. Oğlanlardan 96-sı, qızlardan isə 161-i tapılıb. Yunanıstanda uşaqların itməsi Avropa üzrə ən yüksək, dünyada isə öndə olan göstəricidir.

Əsasən ölkədə 13-18 yaş arasında olan gənclər itkin düşür. Nazirliyin rəsmisi valideynləri hadisə baş verən kimi polislə əlaqə saxlamağa çağırıb.