XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

29 May 2019 - 09:45

Tramp:"Yaponiya ilə bir çox məsələlər üzrə irəliləyişə nail olunacaq"

ABŞ prezidenti Donald Tramp Yaponiyaya dörd günlük səfərini müvəffəqiyyətli adlandırıb.

Bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb.

Dövlət rəhbəri səfərin gedişatında nail olunmuş irəliləyişdən danışıb. Amerika prezidenti həmçinin Yaponiyanın baş naziri Sindzo Abeni “çox gözəl insan” adlandırıb.

“Mən Yaponiyaya müvəffəqiyyətli səfərdən qayıtdım. Çox məsələlər üzrə əhəmiyyətli irəliləyişə nail olunacaq. Bu, çox gözəl baş naziri olan böyük ölkədir!” – deyə Tramp yazıb. /Report