XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

29 May 2019 - 12:11

Avstraliyada yeni Nazirlər Kabineti and içib- Hökumət Liberal-Milli koalisiya tərəfindən formalaşdırılıb

Avstraliyanın general-qubernatoru Piter Kosqrouv hökumətin yeni üzvlərinin andını qəbul edib.

Bu barədə SBS milli televiziyası məlumat yayıb.

Avstraliyada hökumət mayın 18-də keçirilən parlament seçkilərində qalib gələn Liberal-Milli koalisiya tərəfindən formalaşdırılıb.

“Bizim komanda əsas diqqəti sadə avstraliyalıların təminatına yönəltdi və məhz bunun nəticəsində biz insanlarımıza və ölkəmizə xidmət imkanı qazandıq”, – deyə Baş Nazir Skott Norrison bildirib.

Yeni kabinetin formalaşmasından sonra əsas nazirlər öz vəzifələrini saxlasalar da, hakim koalisiyanın seçkiləri uduzan üzvlərini əvəz edən bir sıra yeni şəxslər də var. Məsələn, Bricet Makkinzi ölkə tarixində kənd təsərrüfatına başçılıq edəcək ilk qadın nazir olub. Bununla yanaşı, Kristofer Payn da müdafiə naziri vəzifəsini tərk edib və onun yerinə xanım Linda Reynolds təyinat alıb.

Yeni parlamentin iyulun birinci həftəsində ilk iclasını keçirəcəyi gözlənilir.

Xatırladaq ki, Avstraliyada parlament seçkiləri mayın 18-də keçirilib və avstraliyalılar nümayəndələr palatasının 151 üzvünü və 40 senatoru seçiblər. Milli Seçki Komissiyasının məlumatına görə, seçkilərdə ölkənin 16,4 milyon vətəndaşı iştirak edib(azərtac).