XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 May 2019 - 14:21

İranda siyasi xarakterli qətl:imam-cüməni öldürdülər

İranın Fars vilayətində siyasi xarakter daşıyan qətl hadisəsi baş verib.

Bu gün səhər saatlarında vilayətin Kazerun şəhərinin imam cüməsi höccətül-islam Məhəmməd Xarsənd qətlə yetirilib. Fars vilayətinin polis idarəsi rəisinin ictimai məsələlər üzrə müavini polkovnik Kavus Məhəmmədi mətbuata bildirib ki, bu gün səhər saat 4 radələrində məsciddən evə qayıdan höccətülislam M.Xarsən evinin qarşısında bıçaqla qətlə yetirilib.

Polkovnik həyata keçirilən təcili əməliyyat tədbiri nəticəsində qatilin müəyyən edildiyini bildirib. Lakin qatili tutmaq mümkün olmayıb. Hazırda axtarış davam edir.

K.Məhəmmədi qatilin adını açıqlamayıb. Bildirib ki, qətli törədən 40 yaşlı şəxs Kazerun şəhər sakinidir və ixtisasca fotoqrafdır.

Qeyd etmək lazımdır ki, şəhərlərin imam cümələri İranın Ali Rəhbəri tərəfindən təyin olunur və onlar ictimai-siyasi həyatda mühüm rola malikdirlər.