XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 May 2019 - 15:22

İranda sənaye şəhərciyində partlayış olub- Ölən və yaralananlar var

İranın Çahar-Mahal və Bəxtiyari əyalətinin Bürucin şəhərinin Buldaci sənaye şəhərciyində partlayış baş verib.

ONA-nın Tehran bürosunun məlumatına görə, partlayış partlayıcı maddələr istehsal edən şirkətdə baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Yaralılardan 4 nəfərinin vəziyyəti ağırdır.