XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

29 May 2019 - 18:24

Böyük Britaniyanın sabiq xarici işlər naziri məhkəməyə çağırılıb –Səsləndirdiyi fikirlərə görə

Böyük Britaniyanın sabiq xarici işlər naziri, hazırda iqtidardakı Mühafizəkar Partiyası liderliyinə namizəd Boris Conson 2016-cı ildə “Brexit” üzrə keçirilən referendum ərəfəsində səsləndirdiyi fikirlərə görə məhkəməyə çağırılıb.

Sabiq naziri ötən həftə Vestminster Magistratlar Məhkəməsinə iş adamı Markus Boll verib.

Onun iddiasına görə, o zaman B.Conson ölkənin Avropa İttifaqı üzvlüyündən çıxmaqla həftəlik 350 milyon funt sterlinq vəsaitə qənaət edəcəyi barədə fikirlər bildirməklə əhalini çaşdırıb, halbuki Böyük Britaniya Aİ-yə heç vaxt bu qədər vəsait ödəməyib.

İddianın sübutsuz ittihamlardan ibarət olduğunu bildirən hakim Marqot Kolman bunun üç qanun pozuntusu olaraq hesab etməyin mümkün olduğunu bildirib.

Eyni zamanda B.Consonun vəkilləri onun günahsız olduğu qənaətindədir. /Report