XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 May 2019 - 17:02

İŞİD qruplaşmasının 14 üzvü öldürülüb- İraqın şimalında

İraq ordusu ölkənin şimalında yerləşən Naynava əyalətinin əl-Hadr dairəsində İŞİD terror qruplaşmasının 14 üzvü zərərsizləşdirilib.

İraq Təhlükəsizlik Xidmətinin media orqanının rəsmi “Facebook” səhifəsində yayılan məlumata görə, öldürülən sılahlılar arasında qruplaşma liderləri və kamikadzelər də var.

Əldə olan məlumata əsasən, əməliyyatı Terrorla Mübarizə üzrə İdarənin xüsusi təyinatlı bölməsi beynəlxalq koalisiyanın aviasiya dəstəyi ilə həyata keçirib.

Qeyd edək ki, İŞİD qruplaşması 2014-cü ilin iyun ayından başlayaraq İraqda böyük əraziləri, o cümlədən ölkənin ən iri şəhəri – Mosulu ələ keçirməyə müvəffəq olmuşdu. 2017-ci ildə miqyaslı əməliyyatlardan sonra Mosul yenidən hökumət qüvvələrinin nəzarətinə keçib. Həmin ilin dekabr ayında İraqda İŞİD qruplaşmasına qarşı müharibənin başa çatdığı elan edilib(azərtac).