XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

29 May 2019 - 18:10

XİN başçısı:"Suriyada Fransanın 400-450 vətəndaşı saxlanılıb"

Suriyada Fransanın 400-450 vətəndaşı saxlanılıb. 

Bu barədə Fransanın xarici işlər naziri Jan-İv Lö Drian Fransa Milli Assambleyasıın Xarici məsələlər komissiyasının iclasında məlumat verib.

Nazir onların arasında uşaqların da olduğunu və yalnız valideynini itirmiş, yaxud anasının razılığı olan uşaqların Fransaya qaytarıla biləciyini bildirib: “Rəsmi Paris Suriyaya döyüşməyə gedən kişi və həyat yoldaşlarını geri qəbul etməyəcək. Bu məsələdə fikrimizi dəyişməyəcəyik. Onlar qətl törətdikləri yerdə mühakimə olunmalıdırlar”.

Qeyd edik ki, son bir həftədə İraq məhkəməsi terrorçu İŞİD qruplaşmasına üzvlükdə təqsirləndirilən Fransanın 7 vətəndaşı barəsində ölüm hökmü çıxarıb. Rəsmi Paris ölkə vətəndaşları barəsində çıxarılmış edam hökmünün ləğvi üçün əlindən gələni edəcəyini bildirib. /Report