XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

29 May 2019 - 18:33

Argentinada bütün aviareyslər ləğv olunub- Bu səbəbdən

Argentinada ümumi tətillər səbəbindən aeroportlarda bütün reyslər, o cümlədən beynəlxalq aviakompaniyaların reysləri ləğv olunub.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Argentinda fəaliyyət göstərən aeroportların operatoru “Aeropuertos Argentina 2000” kompaniyası vətəndaşlara suallarla bağlı aviaşirkətlərə müraciət etməyi məsləhət görür.

Ölkənin ən iri aviadaşıyıcısı “Aerolineas Argentinas” 330 reysi ləğv etdiyini və bunun 37 min insana təsir göstərəcəyini bildirib.

Mayın 29-da Argentinada hakimiyyətin iqtisadi siyasətinə qarşı həmkarlar ittifaqlarının təşkil etdiyi tətillər başlayıb. Ölkədə keçiriləcək mitinqlərlə əlaqədar metro nəqliyyatı, bir sıra avtobus və qatar xətləri fəaliyyət göstərməyəcək.