XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 May 2019 - 01:07

Türkiyədə zəlzələ olub- 4,5 bal gücündə

Türkiyənin Tunceli vilayətinin mərkəzi olan Nizamiye rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.

Azərtac Türkiyə Fəlakətlər və Fövqəladə Vəziyyət Mərkəzinin rəsmi saytına istinadla xəbər verir ki, yeraltı təkan mayın 29-da yerli vaxtla saat 22.42-də qeydə alınıb. Episentri 7 kilometr dərinlikdə olan yeraltı təkan Nizamiyedə güclü hiss olunub. Əhali zəlzələni təşvişlə qarşılayaraq küçələrə axışıb. Hələlik dağıntı və tələfat barədə rəsmi məlumat yoxdur.