XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

30 May 2019 - 14:24

Erməni mədəni irs abidəsində vandalizm törədib –Gürcüstanda + FOTO

Gürcüstanın ermənilərin sıx yaşadığı Axalkalaki rayonunun Korx kəndində yerləşən XIX əsrə aid Müqəddəs Stepanos kilsəsinin xarici görkəmi kəskin dəyişdirilib.

Bu barədə Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyi məlumat yayıb.

Agentlik kilsədə aparılan işləri vandalizm adlandırıb: “Kənd sakinləri və tikini işlərinin təşəbbüskarı Yurik Tsarukyanın özbaşınalığı nəticəsində kilsənin xarici görkəmi kəskin dəyişdirilib. Mədəni irs abidəsinin divarları uçurulub, məbədin fasadlarından biri tamamilə dağıdılıb”.

Mədəni İrsin Qorunması üzrə Milli Agentliyin əməkdaşları mayın 10-da kilsədə icazəsiz aparılan işlər barədə məlumat əldə edib. Gürcüstanın “Mədəni irs” haqqında qanununa əsasən, vətəndaş Yurik Tsarukyana yazılı formada xəbərdalıq olunub. Ondan bütün işlərin dərhal dayandırılması, kilsənin fundamentinin mütəxəssislərin nəzarəti altında möhkəmləndirilməsi, prosesin videoya çəkilməsi tələb olunub. Y.Tsarukyan həmçinin bir ay ərzində digər işlərlə bağlı agentlikdən müvafiq icazə almalı idi.

Y.Tsarukyan tikinti işlərinə icazənin alınması üzrə tələblərin heç birinə məhəl qoymayıb. Nəticədə agentlik mayın 21-də protokol tərtib edib və onu 5 000 lari məbləğində cərimələyib.

Agentlikdən bildirilib ki, xəbərdarlıqlar və cəriməyə baxmayaraq kilsədə qanunsuz işlər davam etdirilir və bu da cinayət məsuliyyəti yarada bilər. Dövlət qurumunun əməkdaşları kilsədə qanunsuz hərəkətlərlə bağlı faktları araşdırmaqda davam edir/Report.