XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

30 May 2019 - 17:53

Avstriyanın müvəqqəti kansleri bəlli oldu –Bu vəzifəyə ilk dəfə qadın təyin edilib

Avstriya Konstitusiya məhkəməsinin sədri Brigitte Birlyayn sentyabr ayında keçiriləcək növbədənkənar seçkilərə qədər nazirlər kabinetinə başçılıq edəcək.

O, ölkə tarixində ilk kansler qadın olub.

AZƏRTAC “Kronen Zeitung” qəzetinə istinadla xəbər verir ki, Avstriyanın federal Prezidenti Aleksander Van der Bellen mayın 30-da bu barədə müvafiq sərəncam verib.

Xatırladaq ki, mayın 28-də Avstriya prezidenti parlamentin etimadsızlıq votumundan sonra Sebastyan Kurtsun rəhbərlik etdiyi hökuməti istefaya göndərib. İstefaya göndərilən nazirlər yeni hökumət formalaşana qədər vəzifələrini icra edəcək. Lakin Kurts bundan imtina edib. Buna görə də növbəti iki gün ərzində kansler funksiyalarını vitse-kansler Hartviq Lqeqr yerinə yetirib.