XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

30 May 2019 - 18:03

Gürcüstan parlamentində deputatlar əlbəyaxa oldu –Xəsarət alanlar var

Gürcüstan parlamentində deputatlar arasında dava düşüb.

Əvvəlcə müstəqil deputat Levan Qoqiçaişvili ilə parlament çoxluğunun üzvü Mixail Kavelaşvili arasında mübahisə olub. Sonra onlar əlbəyaxa olublar və biri-birinə fiziki güc tətbiq ediblər.

Sonradan hakim Gürcü Arzusu-Demokratik Gürcüstan partiyasının deputatı Muxran Vaxtanqadze mübahisəyə qoşulub.

Təhlükəsizlik qüvvələri deputatları zaldan çıxarıblar. Onların əlbəyaxa davası dəhlizdə də davam edib. Müstəqil deputatın xəsarət aldığı bildirilir. Təhlükəsizlik qüvvələrinin əməkdaşları jurnalistləri hadisəni lentə almağa imkan verməyiblər/Azərtac.