XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

30 May 2019 - 18:48

Türkiyədə FETÖ ittihamı ilə həbs edilmiş amerkalı buraxıldı –Tramp Ərdoğana təşəkkkür etdi

ABŞ vətəndaşı, NASA-da (ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi) işləyən Serkan Gölge ölkəsinə ekstradisiya edilib.

“Haber7” xəbər verir ki, FETÖ-yə bilərəkdən yardım etməkdə təqsirli bilinərək 4 il 12 ay azadlıqdan məhrum edilən S.Gölge sərbəst buraxılıb.

ABŞ prezidenti Donald Tramp bununla bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib: “Cənab Ərdoğana təşəkkür edirəm. Biz bu məsələni müzakirə etmişdik”.

S.Gölge həbs edilməzdən əvvəl NASA-da Mars layihəsində işləyib/Report.