XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

31 May 2019 - 00:27

Rusiya Özbəkistana 13 milyard dollar yatırır- İnvestisiya layihələri həyata keçirəcək

Rusiya Özbəkistanda ikitərəfli iqtisadi əməkdaşlıq və biznes proqramı çərçivəsində 13 milyard dollar dəyərində investisiya layihələri həyata keçirəcək.

Azərtac xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Özbəkistanda səfərdə olan Rusiyanın Baş naziri Dmitri Medvedevlə görüşündə məlumat verilib.

Görüşdə ölkələr arasında siyasi, ticari-iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Danışıqlar zamanı “Rosatom” şirkətinin Özbəkistanda inşa etdiyi atom elektrik stansiyasının tikintisi məsələləri də diqqət mərkəzində olub.