XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

30 May 2019 - 22:34

Birləşmiş Ştatların neft ehtiyatları azalır- Amerika Neft İnstitutu

Ötən həftə ABŞ-ın xam neft ehtiyatları azalıb.

Bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 5,2 milyon barrel azalaraq 474,9 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 1,3 milyon barrel azalacağı istiqamətində idi.

Əvvəlki həftə ABŞ-ın neft ehtiyatları 2,4 milyon barrel artmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq(azərtac).