Meksikanın prezidenti Andres Manuel Lopes Obrador həmkarı Donald Trumpun Meksikadan gələn mallar üzrə 5% rüsum tətbiq edəcəyi açıqlamalarından sonra ABŞ-a heyət göndərmək niyyətində olduğunu açıqlayıb.
Birləşmiş Ştatların prezidentinə bu müraciət Meksika liderinin şəxsi “Twitter” səhifəsində qeyd olunub.
Qeyd edək ki, İyunun 10-dan ABŞ bütün Meksika mallarına ölkəyə qeyri-leqal miqrant axınının qarşısı alınana qədər 5 faiz rüsum tətbiq edəcək. Tariflər qeyri-leqal miqrasiya problemi aradan qaldırılana qədər yavaş-yavaş artırılacaq. Bu halda bütün tariflər aradan qaldırılacaq. /Report