Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda Rixter cədvəli üzrə 4.2 bal gücündə zəlzələ baş verib.
Strateq.az Türkiyə mətbuatına istinadla bildirir ki, yeraltı təkan mayın 31-da yerli vaxtla saat 00.43-də qeydə alınıb. Zəlzələnin episentri Bodum yaxınlığındakı Gökova körfəzində olub.
Qeyd edək ki, bundan əvvəl mayın 28-də bölgədə 4.6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanları davamlı olması əhalidə ciddi narahatlıq yaradıb.