XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

31 May 2019 - 16:02

Azərbaycanlıların yaşadığı bölgənin sabiq qubernatoru azadlığa buraxıldı –Üzr istəməklə

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsinin sabiq qubernatoru (2008-2013) David Kirkitadze azadlığa buraxılıb.

Bu barədə Qurcaani Rayon Məhkəməsi qərar qəbul edib.

Prokuror keçmiş qubernatorun iki il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müxalif Vahid Milli Hərəkat Partiyasının liderlərindən olan D.Kirkitadze məhkəmə iclasında günahını etiraf edib və üzr istəyib. O, polisə hörmət etdiyini deyib.

Qeyd edək ki, D.Kirkitadze vəzifə borcunu yerinə yetirən polis əməkdaşına hücum, fiziki təzyiq və polis nəqliyyat vasitəsinə zərərvurmada ittiham olunub/Report.