XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

31 May 2019 - 18:32

Çin xarici şirkətlərin “qara siyahı”sını tərtib edəcək- Rəsmi açıqlama

Rəsmi Pekin Çinin iqtisadi sahədə qanunlarını və maraqlarını pozan xarici təşkilatların “qara siyahısını” tərtib edəcək.

ONA “İnterfax”-a istinadən bildirir ki, bu addım Çin və ABŞ arasındakı münaqişəni dərinləşdirəcək və minlərlə xarici şirkəti təhlükəyə atacaq.

“Bazar qaydalarına tabe olmayan, müqavilələrin şərtlərini pozan, qeyri-işgüzarlığa görə malların çatdırılmasını məhdudlaşdıran xarici şirkətlər, təşkilatlar və fərdi şəxslər qara siyahıya salınacaq”, – deyə Çin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi Qao Fen bildirib.

Onun sözlərinə görə, bəzi şirkətlərin əməlləri Çinin milli təhlükəsizliyini təhlükə altına alır və qlobal iqtisadiyyat üçün mənfi nəticələnə bilər.

Q. Fen “qara siyahı”ya hansı şirkətlərin daxil ediləcəyi haqda məlumat verməyib.

Çinli rəsmilərin fikrincə, “qara siyahı” dünya iqtisadiyyatını və beynəlxalq ticarət sisteminin təhlükəsizliyini təmin edəcək və ticarət proteksionizmi ilə mübarizəyə təkan verəcək.