XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

31 May 2019 - 21:14

MDB ölkələrinin prezidentləri Aşqabadda toplaşacaq- Oktyabrın 11-də

MDB ölkələri dövlət başçılarının payız iclası oktyabrın 11-də Türkmənistan paytaxtında keçiriləcək.

Bu barədə MDB İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedev məlumat verib.

“MDB ölkələri üçün vacib iclasa artıq hazırlıq gedir. Birlik ölkələrinin prezidentləri oktyabrın 11-də Aşqabadda toplaşacaq. İclasda Müstəqil Dövlətlər Birliyinin daha da möhkəmləndirilməsinə xidmət edən mühüm qərarların qəbul olunması planlaşdırılır”, – Sergey Lebedev bu məlumatı MDB hökumət başçıları Şurasının iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında səsləndirib(azərtac).