XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

01 İyun 2019 - 10:23

İranda 4,2 bal gücündə zəlzələ olub- 4,2 bal gücündə

İranın cənub-qərbində Xuzistan vilayətində zəlzələ baş verib.

Trend-in məlumatına görə, İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi yeraltı təkanlarıb 4,2 bal gücündə olduğunu bildirib.

Məlumata görə, təkanlar bu gün yerli vaxtla saat 09:04-də Qotvənd rayonunda 16 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntılar və insan tələfatı barədə məlumat yoxdur.

Xatırladaq ki, ötən ilin noyabr ayında İranın Kirmanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində 646 nəfər xəsarət almışdı.