Böyük Britaniyanın sabiq Baş Naziri Devid Kemeron ABŞ-ın süni intellekt firması olan Afiniti-də məsləhətçi heyətin sədri olaraq işə başlayıb. Şirkət 2015-ci ildə Vaşinqtonda yaradılıb.
Mühafizəkarlar Partiyasının keçmiş lideri dünya bazarında fəaliyyətini genişləndirən şirkətə mühüm məsələlərlə bağlı məsləhətlər verəcək.
Qeyd edək ki, Kemeron 2016-cı ildə keçirilmiş referendumdan sonra vəzifəsindən istefa verib(azərtac).