XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 İyun 2019 - 19:17

Tehranda iki xarici diplomat polis tərəfindən saxlanılıb- Səbəb

Tehranın Vələncək rayonunda iki xarici diplomat polis tərəfindən saxlanılıb.

Azərtac yerli mətbuata istinadla xəbər verir ki, Böyük Britaniyanın və Hollandiyanın diplomatları əyləncə məclisində sərxoş halda saxlanılıb. Polis onların akkreditə sənədlərini alaraq sərbəst buraxıb. Diplomatların akkreditə sənədləri isə Xarici İşlər Nazirliyinə göndərilib. Nazirlik diplomatların “persona non qrata” elən edilib ölkədən qovulması məsələsinə baxacaq.

Qeyd edək ki, İslam qanunlarına əsasən İranda qadınlarla birlikdə məclisdə iştirak etmək qadağandır. Britaniya və Hollandiya diplomatları isə nəinki qadınlarla birlikdə əylənib, üstəlik spirtli içki də qəbul ediblər. Mətbuatın yazdığına görə, diplomatlar İslam qanunlarına göstərdikləri hörmətsizliyə görə ölkədən qovula bilərlər.