XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

01 İyun 2019 - 22:00

Antonio Reyesin ölümü ilə bağlı matəm elan olunub- FOTO

Qəzada dünyasını dəyişən İspaniya millisinin sabiq futbolçusu Antonio Reyesin avtomobilinin şəkli yayılıb.

ONA-nın məlumatına görə, “Atletiko”, “Sevilya”, “Real”, “Espanyol” və “Arsenal” kimi klublarda oynamış futbolçunun uğradığı qəzadan az sonra maşının hansı vəziyyətə düşdüyü məlum olub.

35 yaşında ölən Reyeslə birlikdə maşında olan iki yaxın qohumu da dünyasını dəyişiblər. Qəzaya səbəb kimi avtomobilin yüksək sürətlə idarə olunması iddia edilir.

Qeyd edək ki, hadisə ilə bağlı Utrerdə iki günlük matəm elan olunub.