XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 İyun 2019 - 23:32

Türkiyə hərbçiləri terrorçulara məxsus mağara və sığınacaq aşkarlayıblar- İraqın şimalında

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi “Pençe hərəkatı” antiterror əməliyyatı nəticəsində bölgədəki terrorçu qruplara daha bir ağır zərbə vurulub.

Azərtac Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsinə istinadla xəbər verir ki, aviasiya zərbələrindən sonra hərbiçilər terrorçulara məxsus 3 mərtəbə və 5 bölmədən ibarət əllə qazılmış mağara, həmçinin 5 sığınacaq aşkarlayıblar. Aşkar edilən yerlərdə terrorçulara məxsus külli miqdarda ləvazimat, silah-sursat ələ keçirilib.