XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

02 İyun 2019 - 11:00

BAEA:"İran nüvə razılaşmasının şərtlərinə əməl edir"

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) hesabatına əsasən, İran uranın zənginləşdirilməsində və həmçinin aşağı dərəcəli zənginləşdirilmiş uranın depolaşdırılmasında icazə verilən ən yuxarı həddi keçməyib.

Vyanada yerləşən beynəlxalq qurumun rəyinə görə, İran bir neçə il bundan əvvəl imzalanmış nüvə razılaşmasından qismən imtina etməsinə baxmayaraq, hələ də razılaşmanın şərtlərinə tam əməl edir.

Qeyd edək ki, İran bu il mayın 8-də razılaşmadan qismən imtina edib. Buna səbəb kimi isə bu ölkəyə qarşı neft və bank sektorunda sanksiyaların hələ də aradan qaldırılmamasıdır. İran rəsmiləri ilkin addımda uranın zənginləşdirilmə dərəcəsini yüksəldəcəyi ilə bağlı hədələyiblər. Lakin BAEA-nın hesabatında göstərilir ki, bu ölkədə depolanmış uranın səviyyəsi bu ilin fevral hesabatındakı ilə eyni olub. /Azərtac