XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

02 İyun 2019 - 11:30

Ukraynalı millət vəkili:"Ukrayna bu döyüşləri uduzdu"

Donetsk və Luqanskda əhaliyə Rusiya pasportlarının verilməsi Ukrayna üçün uduzulmuş növbəti döyüş anlamına gəlir.

Bu sözləri Ali Radanın millət vəkili Nadejda Savçenko deyib. Onun sözlərinə görə, Ukrayna sözügedən hadisənin baş tutmasına icazə verməməli və əhalinin sosial haqlarını bərpa etməli idi.

Savçenko bu istiqamətdə daha bir döyüşün uduzulduğunu qeyd edib. Millət vəkili Donetsk və Luqanskda rubldan istifadəni məğlubiyyət kimi qələmə verib.

Savçenko deyib: “Çünki bu puldan istifadə regionda Ukraynanın deyil, Rusiya məhsulunun satıldığı anlamına gəlir”. /Axar.az