XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

02 İyun 2019 - 12:00

İrandan Beynəlxalq Mülki Aviasiya Təşkilatına şikayət:"Təyyarələrimizə yanacaq vermək istəmirlər"

İran Beynəlxalq Mülki Aviasiya Təşkilatına şikayət edib.
İran Aviasiya Təşkilatının sədr müavini Morteza Dehqan bir sıra beynəlxalq aeroportlarda İran təyyarələrinə yanacaq verilməsindən imtina edildiyi üçün Tehranın Beynəlxalq Mülki Aviasiya Təşkilatına şikayət etdiyini bildirib.
M. Dehqan deyib ki, ABŞ-ın İran Mülki Aviasiya Təşkilatına sanksiya tətbiq etməsi beynəlxalq hüquq normalarına, ABŞ və müttəfiqlərinin humanitar şüarlarına ziddir: “Təyyarələrdən istifadə edən insanlar sanksiyalardan əziyyət çəkir. Məqsəd İran xalqının dünya ilə kommunikasiya əlaqəsini kəsməkdir. İran tərəfinin apardığı danışıqlara və müzakirələrə baxmayaraq, İran təyyarələrinin yanacaqda təmin edilməsi məsələsi hələ həllini tapmayıb”.
Qeyd edək ki, keçən həftə Almaniyada Frankfurt-Tehran təyyarə reysi yanacaq verilməməsi səbəbindən 8 saat saat gecikib. /Lent.az