XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

03 İyun 2019 - 12:36

Sudanda etirazçıların düşərgəsi dağıdılıb –3 nəfər ölüb, 60 nəfər yaralanıb

Sudanın paytaxtı Xartumda Müdafiə Nazirliyi binası yaxınlığında etiraz edənlərin çadır düşərgəsinin dağıdılması nəticəsində 3 nəfər ölüb və 60 nəfər yaralanıb.

“Sky News Arabia” telekanalı xəbər verir ki, bu barədə müxalif “Sudanlı həkimlər komitəsi”ndən bildiriblər.

Qeyd edək ki, Sudan ordusu bu gün səhər saatlarında Xartumdakı əsas ordu komandanlığı yaxınlığındakı meydanda çadır düşərgəsini dağıtmağa başlayıb. TV-nin məlumatına görə, odlu silahlardan fəal şəkildə istifadə olunur. Təhlükəsizlik qüvvələri Xartumun bütün mərkəzi küçələrini və meydana aparan yolları bağlayıb.