İyunun 3-də Vyanada Prezident Administrasiyasının yerləşdiyi Hofburq sarayında yeni təyin edilmiş Federal Kansler Briqitte Birlaynın rəhbərlik etdiyi keçid hökumətinin andiçmə mərasimi keçirilib.
Mayın 18-də ictimailəşən “İbizaqeyt” qalmaqalından sonra Avstriyada nazirlər kabinetinin tərkibi sayca dördüncü dəfə dəyişib. Keçid hökuməti sentyabr ayında keçiriləcək növbədənkənar parlament seçkiləri və yeni hökumət formalaşanadək hakimiyyətdə olmalıdır. On iki nəfərdən ibarət hökumətdə altı qadın və altı kişi nazir təmsil olunacaq.
Dövlət başçısı Aleksander Van der Bellen keçid hökumətinin andiçmə mərasimində hökumətin tərkibində say bərabərliyindən məmnunluğunu da ifadə edib.
Yeni hökumətin andiçmə mərasimi ilə keçmiş hökumətdə maliyyə naziri olan və müvəqqəti olaraq Federal Kansler səlahiyyətlərini icra edən Hartviq Löqerin rəhbərlik etdiyi hökumət istefaya göndərilib(azərtac).