XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

04 İyun 2019 - 01:23

Pompeo:"Vaşinqton Tehranla danışıqlara hazırdır"

ABŞ İranla yüksək səviyyədə danışıqlar aparmağa hazırdır.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir açıqlamanı İsveçrənin “RTS” teleradio şirkətinə müsahibəsində ABŞ-ın dövlət katibi Mayk Pompeo səsləndirib.

“Düşünürəm ki, hazır olacaqları təqdirdə, İran bizimlə necə əlaqə yaratmağı bilir. Onlar hazır olanda biz də onlarla danışıqlar aparmağa hazır olacağıq”, – Pompeo belə deyib.

Belə bir açıqlamanın “prezident Donald Trampın şəxsən İran prezidenti Həsən Ruhani və ya İranın Ali dini lideri Əli Xamenei ilə görüşməyə hazır olması” qənaətinə gəlməsi ilə bağlı verilən suala dövlət katibi bunun mümkün olduğunu bildirib.

“Prezident Tramp artıq bir neçə aydır ki, danışıqlar aparmaq istəyini bildirib. Onlar hazır olsalar, Birləşmiş Ştatlar da bu görüşün yüksək səviyyədə keçməsinə çalışaqcaq”, – deyə Pompeo əlavə edib.

Dövlət katibi onu da qeyd edib ki, bu cür danışıqlar artıq Trampla KXDR lideri Kim Çen In arasında da baş tutub.