XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 İyun 2019 - 01:17

Türkiyə ordusunun əsgəri şəhid olub- PKK terrorçuları ilə atışmada

Türkiyənin Tunceli vilayətinin Ovacık rayonu ərazisində təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma olub.

Atışmada yaralanan iki hərbçidən biri şəhid olub. Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində yer alan məlumata görə, İraqın şimalındakı Hakurk bölgəsində həyata keçirilən “Pençe hərəkatı” antiterror əməliyyatı uğurla davam edir. Bildirilir ki, bölgədə aşkar edilən və 500 metr uzunluğunda olan 6 otaqlı mağara məhv edilib.