XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 June 2019 - 18:01

Gürcüstanın Baş naziri Zelenski ilə gizli görüşüb? –TV-nin yaydığı xəbərə rəsmi reaksiya verildi

Gürcüstanın “Rustavi 2” televiziya kanalı ölkənin baş naziri Mamuka Baxtadze ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında Brüsseldə gizli görüş keçirildiyi barədə məlumat yayıb.

Məlumata görə, görüşdə tərəflər Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Ukraynadan Gürcüstana ekstradisiyası məsələsini müzakirə ediblər.

Yayılan məlumata münasibət bildirən Gürcüstanın Avropa İttifaqındakı missiyasının rəhbəri Natali Sabanadze M.Baxtadzenin V.Zelenski ilə hər hansı bir görüş keçirmədiyini deyib.

Onun sözlərinə görə, Gürcüstanın baş naziri Brüsseldə ABŞ-ın Müstəqillik gününə həsr olunmuş tədbirdə iştirak edəcək: “Həmin tədbirdə Vladimir Zelenski ilə görüş nə planlaşdırılıb, nə də razılaşdırılıb”.

Qeyd edək ki, M.Saakaşvili 2004-cü il yanvarın 25-dən 2007-ci il noyabrın 25-dək, 2008-ci il yanvarın 20-dən 2013-cü il noyabrın 17-dək Gürücüstanın prezidenti, 2015-ci il mayın 30-dan 2016-cı il noyabrın 9-dək Ukraynanın Odessa vilayətinin qubernatoru olub. Ukrayanda korrpusiya və rüşvətxorluğa, ölkənin Daxili işlər naziri Arsen Avakova və başqa oliqarxalara qarşı çıxışlar etdiyi üçün tutduğu vəzifədən azad olunub. Ukrayan Prezidenti Petro Poroşenkonun əmri ilə M.Saakaşvili 2018-ci ilin fevralın 12-də ölkədən çıxarılıb və təyyarəyə mindirilərək Polşaya göndərilib. Eyni zamanda onun Ukrayna vətəndaşlığı ləğv edilib.

M.Saakaşvili prezident seçkisində Vladimir Zelenskinin qalib gələcəyi halda Ukrayana qayıdacağını bildirmişdi. V.Zelenski prezident kimi fəaliyyətə başlayandan sonra M.Saakaşvilinin vətəndaşlığını bərpa edib. O, mayın 29-da Ukraynaya qayıdıb/Report.