XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 June 2019 - 22:32

ABŞ hakimiyyəti Kubaya yeni sanksiyalar tətbiq edib- Qərar iyunun 5-də qüvvəyə minəcək

ABŞ administrasiyası iyunun 4-də Kubaya əlavə sanksiyalar tətbiq olunduğunu elan edib.

ABŞ-ın Maliyyə Nazirliyi burada Amerika vətəndaşlarının təhsil mübadiləsi çərçivəsində Kubaya qrup səfərlərinin qadağan olunmasından söhbət getdiyini bildirib. Bundan başqa, Kubaya özəl təyyarələrin, həmçinin sərnişin gəmilərinin çatdırılması qadağan edilib. Qərar iyunun 5-də qüvvəyə minəcək.

“Administrasiya Kuba rejiminə qarşı sanksiyaların və digər məhdudiyyət tədbirlərinin yumşaldılması kursundan imtina etmək barədə strateji qərar qəbul edib. Hazırkı fəaliyyət ABŞ dollarının Kubanın silahlı qüvvələrinin, kəşfiyyat və təhlükəsizlik xidmətlərinin əlinə keçməsinin qarşısını almağa xidmət edəcək”, – deyə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib(azərtac).