XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

04 İyun 2019 - 22:02

Merkelin partiyasından olan alman siyasətçinin cəsədi tapılıb- Müəmmalı şəraitdə qətlə yetirilib

Angela Merkelin partiyasından olan alman siyasətçinin cəsədi tapılıb. Yerli KİV-lər onun “müəmmalı şəraitdə” qətlə yetirildiyini bildirirlər.

Kasseldə yerli hökumətin rəhbəri olmuş Uolter Lyubke öz bağında başından aldığı odlu silah yarası nəticəsində dünyasını dəyişib. Kassel dairəsinin daxil olduğu Hessen federal əyaləti polisinin məlumatına görə hadisə yerində silah tapılmayıb. İndi 65 yaşlı siyasətçinin ölümü “qətl” maddəsi üzrə təhqiq olunur.

Partiyanın yerli bölməsinin bəyanatında bildirilir ki, sadə adamlar üçün çox populyar olan siyasətçinin ölümü hamını şoka salıb.

XDİ əyalət bölməsinin sədri, Hessen əyalətinin Baş naziri Folker Buffye deyib: “Dostumuz Uolter Lyubkenin qəfil ölümü bizi sarsıdıb”.

Hessen əyalətindəki üç inzibati dairədən biri olan Kasselin regional rəhbəri vəzifəsinə gəlməzdən əvvəl Uolter Lyubke 1999-cu ildən başlayaraq 10 il ərzində Hessen əyaləti landtaqının üzvü olub. Siyasətçi keçən ay regional hökumətin rəhbəri vəzifəsində çalışmasının 10 illiyini qeyd edib. Alman KİV-lərinin yazdığına görə Lyubke mart ayında istefaya getməli idi, lakin həmkarlarının xahişi ilə öz səlahiyyət müddətini uzadıb(azərtac).