XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

04 İyun 2019 - 23:22

Rusiya və Çin prezidentlərinin görüşü olacaq- Proqramı açıqlanıb

Rusiya və Çin prezidentləri iyunun 5-də baş tutacaq görüşdə beynəlxalq gündəmdə olan məsələləri müzakirə edəcəklər.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Putin və Si Cinpin görüşlərindəbeynəlxalq gündəmdə duran məsələlərə toxunacaqlar. Bir çoxməsələlərdə Rusiya və Çinin mövqeləri ya tamamilə üst-üstə düşür, ya da çox yaxındır”,- deyə Kreml rəsmisi qeyd edib.

Y.Uşakov bildirib ki, liderlər Koreya yarımadasında və Venesueladakı vəziyyəti, İran nüvə razılaşması ilə bağlı son durumu,Suriyadakı münaqişənin həll yollarını, Asiya-Sakit okean regionu üzrə əməkdaşlığıvə həmçinin Rusiya və Çinin Qərblə, o cümlədən ABŞ-la münasibətlərini müzakirə edəcəklər.