XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

05 İyun 2019 - 10:22

Ukrayna Prezidenti Brüsseldə səfərdədir- Ölkəsinin xarici siyasətinin prioritetlərini açıqladı

Ukraynanın NATO-ya üzvlük məsələsi ilə bağlı strateji kursu dəyişməz olaraq qalır.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə keçirdiyi birgə brifinqdə söyləyib.

“NATO-ya üzvlük Ukraynanın Konstitusiyasında qeyd edilib və bu, bizim xarici siyasətimizin prioritetidir”, – deyə V.Zelenski bildirib.

Dövlət başçısı deyib ki, Ukrayna həyat səviyyəsini qaldırmağa, korrupsiyaya qarşı mübarizəni gücləndirməyə, dövləti modernləşdirməyə çalışır. Bu isə yalnız milli təhlükəsizlikdən sonra mümkündür: “Biz Rusiya ilə Minsk razılaşması çərçivəsində danışıqlara hazırıq. Ancaq ilk növbədə hərbi və iqtisadi potensialımızı artırmaqla güclü müdafiəyə qadir olmalıyıq”.

Vladimir Zelenski vurğulayıb ki, Qara dəniz regionunda təhlükəsizliyin bərpası üçün NATO qüvvələrini daha da artırmalıdır(azərtac).