XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

05 İyun 2019 - 11:11

Vitali Kliçko Saakaşviliyə “UDAR” partiyasının sədri olmağı təklif edib

Kiyev şəhərinin meri Vitali Kliçko rəhbərlik etdiyi “UDAR” partiyasının növbədənkənar parlament seçkilərində mübarizə aparacağını açıqlayıb.

V.Kliçko videomüraciətində Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə partiyanın sədri olmağı təklif edib: “Mən partiyanın lideri vəzifəsində qalacağam. M.Saakaşviliyə isə partiyanın sədri olmağı təklif edirəm”.

O, Kiyev meri vəzifəsində də qalacağını söyləyib: “Mənim kiyevlilər qarşısında bir çox layihələri reallaşdırmaq öhdəliyim qalıb”.

Qeyd edək ki, Ukraynada növbəti parlament seçkiləri oktyabrda keçirilməli idi. Lakin Prezident Vladimir Zelenski parlamentin buraxılması barədə Fərman imzalayıb. Növbədənkənar parlament seçkiləri iyulun 21-nə təyin olunub(azərtac).