XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 June 2019 - 11:55

Meksika prezidenti G20 sammitində iştirakdan imtina edib –Sammitə məktub göndərəcək

«Böyük iyirmiliyin» Yaponiyanın Osake şəhərində iyunun 28-29 tarixlərində keçiriləcək sammiti Meksika prezidentinin iştirakı olmadan baş tutacaq. Bu barədə prezident Andres Manuel Lopes Obrador özü Mexikoda bəyan edib.

Dövlət başçısının sözlərinə görə, sammitdə ölkəni xarici işlər və maliyyə nazirləri təmsil edəcəklər, prezident isə sammit iştirakçılarına məktub göndərəcək.

Obrador diqqəti xüsusi olaraq dünyadakı mövcud qeyri-bərabərliyə yönəldib və bu məsələni müzakirə etmək üçün görüş təşkil etməyə çağırıb.

«Mən, G20 görüşünə getməyəcəm, amma dünyadakı qeyri-bərabərlik barədə məktub göndərəcəm. Belə mövzuda görüşlər keçirilməlidir, hansı ki, hazırda çatışmır» – deyə, prezident bildirib. /Lent.az