XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 İyun 2019 - 13:00

On minlərlə nümayişçi baş nazirin istefasını tələb edir –Praqada

Çexiyanın paytaxtı Praqada ötən gün onminlərlə nümayişçi baş nazir Andrey Babisin istefa tələbi ilə küçələrə çıxıb.

APA BBC-yə istinadən xəbər verir ki,Andrey Babis Avropa İttifaqının verdiyi subsidiyaların dələduzluq yolu ilə istifadəsində ittiham edilir.

Məlumata görə, ötən günkeçirilən nümayişə 120 000 nəfər qatılıb.

Bildirilir ki, bu, 1989-cu il inqilabından sonra Çexiyada baş tutan ən böyük nümayişdir.

A.Babis dələduzluq ittihamlarını rədd edir.